00:00:00
Yazar
Aysel Mirzəyeva
04.05.2026 21:04 31 2 dəq oxuma
Siyasət

“İnvestisiya mühiti yetərincə əlverişli deyil” - ŞƏRH

“İnvestisiya mühiti yetərincə əlverişli deyil” - ŞƏRH

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının Səmərqənddə keçirilən 59-cu İllik Toplantısı çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər keçirərək iqtisadi əməkdaşlıq və inkişaf layihələrini müzakirə edib. Görüşlərdə regional iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları və strateji layihələr diqqət mərkəzində olub.


Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, ümumilikdə bu tip beynəlxalq əməkdaşlıqlar Azərbaycan üçün vacib istiqamətlər hesab olunsa da, mövcud reallıqlar müəyyən məhdudiyyətlər yaradır:

 

“Əslində, Asiya İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq, Orta Dəhlizin inkişafı, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya kimi istiqamətlər Azərbaycanın gələcək inkişafı baxımından prioritet sahələrdir və strateji əhəmiyyət daşıyır. Lakin reallıq ondan ibarətdir ki, ölkədə investisiya və hüquqi mühit hələ də tam əlverişli hesab olunmur. İnkişaf etmiş rəqabət mühitinin formalaşmaması, inhisarlaşma elementlərinin qalması bu kimi beynəlxalq qurumların daha böyük layihələrlə ölkəyə cəlb olunmasını çətinləşdirir. Bu səbəbdən digər region ölkələri ilə müqayisədə əməkdaşlıq potensialı tam şəkildə reallaşmır. Bununla belə, Orta Dəhliz layihəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu marşrut ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, region ölkələri ilə iqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Xüsusilə Özbəkistan kimi tərəfdaş ölkələrlə əməkdaşlıq bu baxımdan strateji xarakter daşıyır və uzunmüddətli perspektivdə iqtisadi faydalar vəd edir. Rəqəmsal inkişaf və texnoloji transformasiya məsələsinə gəldikdə isə, region ölkələri bu sahədə hələ istənilən səviyyədə deyil. Bu istiqamətdə inkişafın sürətləndirilməsi üçün daha ciddi addımlar atılmalıdır. Ümumilikdə belə platformalarda əməkdaşlığın genişləndirilməsi müsbət qiymətləndirilsə də, mövcud imkanlardan daha effektiv istifadə olunmasına ehtiyac var”.


Ayşə Müzəfərli

#baki #yetərincə #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər