00:00:00
Yazar
Admin User
01.05.2025 15:20 173 1 dəq oxuma
Dünya

İran-ABŞ danışıqları təxirə salındı

İran-ABŞ danışıqları təxirə salındı

 

"İran və ABŞ arasında dolayı danışıqların davam etdirilməsi nümayəndə heyətlərinin planlarının uyğunsuzluğu səbəbindən təxirə salınıb".

 

 

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi sosial şəbəkə hesabında yazıb.


Məlumatda deyilir: "Logistikanı götür-qoy edərək, ABŞ və İran arasında əvvəlcə mayın 3-nə planlaşdırılan görüşün vaxtını yenidən nəzərdən keçirdik".

 

XİN rəhbərinin sözlərinə görə, yeni tarix hər iki tərəf onu razılaşdırdıqdan sonra açıqlanacaq.


Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb. Oman danışıqlarda vasitəçi kimi çıxış edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər