00:00:00
Yazar
Admin User
12.08.2025 16:43 81 1 dəq oxuma
Dünya

İran ABŞ-lə nüvə danışıqlarına açıq olduğunu bildirib

İran ABŞ-lə nüvə danışıqlarına açıq olduğunu bildirib

İranın vitse-prezidenti Məhəmmədrza Aref ABŞ-nin Tehrandan uranı tamamilə zənginləşdirməyi dayandırma tələbini “zarafat” adlandırıb.

 

Aref qeyd edib ki, İran “bərabər şərtlər altında” danışıqlara hazırdır və məqsəd ölkənin maraqlarını qorumaqdır:

"İslam Respublikasının mövqeyi xalqın istəklərinə uyğundur. Əgər münasib şərait yaransa, biz hətta birbaşa danışıqlara da hazırıq".

 

Tehran və Vaşinqton arasında apreldə Oman vasitəçiliyi ilə başlayan dolayı danışıqlar, iyunda İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra dayandırılıb.

 

Vaşinqton iddia edir ki, İranın uran zənginləşdirməsi nüvə silahına aparan yol yaradır və bu proses dayandırılmalıdır. Tehran isə bu ittihamları qəti şəkildə rədd edir.

 

Arefin açıqlaması, İran Prezidenti Məsud Pəzeşkianın bazar günü səsləndirdiyi “mövcud etimadsızlığa baxmayaraq, ABŞ-lə danışıqlar bərpa olunmalıdır, diplomatiya təslimiyyət demək deyil” fikirlərindən sonra gəlib.

 

Bununla belə, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Əziz Qəzənfəri bazar ertəsi xəbərdarlıq edərək bildirib ki, xarici siyasətdə ehtiyatlı olmaq lazımdır və rəsmilərin məsuliyyətsiz açıqlamaları ciddi nəticələrə gətirib çıxara bilər.

 

ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər