İran ABŞ-ni ittiham edib
ABŞ-nin Nyu-Yorkdakı iranlı diplomatlara və onların ailələrinə tətbiq etdiyi yeni məhdudiyyətlər İranın BMT-dəki diplomatik fəaliyyətinə zərbə vurmaq məqsədi daşıyır.
"İnformator.az" xəbər verir ki, bunu İran rəsmisi İsmayıl Bəqayi sosial şəbəkədə yazıb.
O qeyd edib ki, yeni qaydalar nümayəndə heyətinin BMT-dəki vəzifələrini yerinə yetirməsini son dərəcə çətinləşdirir və onların ABŞ hakimiyyət orqanlarının müəyyən etdiyi "icazə verilən zonalar"dan kənarda keçirilən bir sıra çoxtərəfli tədbirlərdə iştirakına mane olur.