00:00:00
Yazar
Admin User
24.09.2025 10:41 82 1 dəq oxuma
Dünya

İran ABŞ-nin hücumları nəticəsində nüvə obyektlərinə zərər dəydiyini təsdiqləyib

İran ABŞ-nin hücumları nəticəsində nüvə obyektlərinə zərər dəydiyini təsdiqləyib

Tehran ABŞ-nin iyul ayında həyata keçirdiyi hava zərbələri nəticəsində ölkənin nüvə infrastrukturuna qismən zərər dəydiyini rəsmən təsdiqləyib və həmin obyektlərin bərpası üçün zəruri imkanlara malik olduqlarını bildirib.

 

"İnformator.az" xəbər verir ki, İranın vitse-prezidenti, ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bu barədə Böyük Britaniya telekanalına müsahibəsində danışıb.

 

O, həmçinin Tehranın illər ərzində topladığı təcrübə və texnoloji potensial sayəsində vəziyyəti düzəltmək iqtidarında olduğunu vurğulayıb.

 

“ABŞ hökuməti İran xalqına qarşı böyük haqsızlıq edib, İslam inqilabından sonra ciddi zərbələr endirib və yaxın günlərdə ölkəmizə hərbi hücum həyata keçirib. Düşmənçiliyin səviyyəsi yüksək olduğu halda, Vaşinqtonla danışıqlar aparmaq mənasızdır”, - deyə İran rəsmisi vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər