00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 21:47 21 2 dəq oxuma
Siyasət

İran ABŞ-nin təklifinə cavab göndərib - ŞƏRH

İran ABŞ-nin təklifinə cavab göndərib - ŞƏRH

İran müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təqdim etdiyi son təkliflərə cavabını bu gün Pakistan vasitəsilə Vaşinqtona çatdırıb. Məlumatı İranın rəsmi xəbər agentliyi olan IRNA yayıb.

 

Pakistan Baş naziri Şahbaz Şərif bildirib ki, İranın cavabı artıq təqdim olunub və bu barədə ona Pakistan ordusunun feldmarşalı Asim Munir məlumat verib. Baş nazir detalları açıqlamaq istəmədiyini qeyd edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Pakistan regionda çox böyük bir missiyanı öz üzərinə götürüb:

 

"Məsələ burasındadır ki, həm ABŞ, həm də İran İslamabadın vasitəçiliyini qəbul edir. Belə missiyanı həyata keçirmək üçün isə siyasi və diplomatik resurs lazımdır. Əvvəla nəzərə almaq lazımdır ki, regiondakı bir çox ərəb ölkəsindən fərqli olaraq, Pakistan öz ərazisində ABŞ hərbi bazalarına icazə vermir. Bu amil İranın gözündə Pakistanın neytrallığını artırır. Eyni zamanda, Pakistan ordusunun rəhbərliyi, xüsusilə, Marşal Asim Munir və ABŞ Prezidenti Donald Tramp arasındakı güclü şəxsi əlaqələr mövcuddur. Bu da diplomatik kanalların ən yüksək səviyyədə işləməsini təmin edir.  Hələlik tərəflərin ortaq məxrəcə gəlməsini demək mümkün deyil. ABŞ İranın nüvə texnologiyasından tamamilə imtina etməsini tələb edir, Tehran isə bütün regionda, xüsusilə Livanda müharibənin dayandırılmasını, sanksiyaların ləğvini, blokadanın aradan qaldırılmasını və dondurulmuş aktivlərinin qaytarılmasını istəyir. 
Düşünürəm ki, hər iki tərəf də indiki vəziyyətən zərər gördüyünü anlayır. Ona görə də nə qədər fikir ayrılıqları olsa da, tərəflər ortaq məxrəcə gələ bilər. Bunun üçün isə Pakistanın vasitəçiliyi çox önəmlidir".

Aişə Mustafayeva

#şərh #gündəm #yeni #təklifinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər