İran ABŞ-nin təklifini nəzərdən keçirir
"Tehran hələlik Amerika Birləşmiş Ştatlarının təklifinə rəsmi cavab təqdim etməyib".
"İnformator.az" İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
Diplomatın sözlərinə görə, İran dövləti hazırda Pakistanın vasitəçiliyi ilə ABŞ tərəfinin irəli sürdüyü təklifi nəzərdən keçirir.
Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, ABŞ İranla yaranmış münaqişə şəraiti fonunda 2026-cı ilin fevralından etibarən Yaxın Şərq dövlətlərində yerləşən hərbi bazalarındakı kontingentini 50 min hərbçiyə qədər artırıb.