00:00:00
Yazar
Elmira Ağayeva
19.05.2026 15:50 87 1 dəq oxuma
Siyasət

İran ABŞ qarşısında tələblərindən geri çəkilməyəcək-prezident

İran ABŞ qarşısında tələblərindən geri çəkilməyəcək-prezident

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ qarşısında irəli sürdüyü tələblərdən geri çəkilməyəcək və heç bir güc qarşısında boyun əyməyəcək. Onun sözlərinə görə, İran danışıqları ölkənin ləyaqətini qorumaqla aparır və bu mövqedən geri dönmək niyyətində deyil.

 

Bundan əvvəl yayılan məlumatlara əsasən, Pakistan İranın münaqişənin həllinə dair yenilənmiş təklifini ABŞ-a təqdim edib. İran mənbələri qeyd edir ki, 14 bənddən ibarət bu təklifdə hərbi qarşıdurmanın dayandırılması və etimadın möhkəmləndirilməsi əsas yer tutur.

 

Tass

Mələk Hüseynova

#İran #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər