00:00:00
Yazar
Admin User
26.08.2025 18:35 144 2 dəq oxuma
Siyasət

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib. Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib.

Daha əvvəl Avstraliyanın Baş naziri Entoni Albanez bildirib ki, ölkənin milli xüsusi xidmət orqanları İranın Sidneydəki restorana və Melburndakı sinaqoqa hücumla əlaqəsini müəyyən edib.


Bu məsələ ilə bağlı politoloq Əli Mustafa"İnformator.az"a açıqlamasında bildirib ki, Avstraliya İranın əleyhinə mövcud sanksiyalara da qoşula bilər:

 


" Hazırda Avstraliya ilə İran arasında ciddi diplomatik böhran yaşanır. Avstraliya tərəfi hesab edir ki, Tehran orada Yəhudilərə qarşı təxribatlarda iştirak edib və buna görə də İran səfirini ölkədən çıxarıb. İran isə təbii ki, bunu inkar edir. Ehtimal var ki, Tehran da cavab addımı olaraq Avstraliyanın səfirini ölkədən çıxarsın. Bütün hallarda münasibətlərdə gərginliyin bir müddət davam edəcəyi gözlənilir. Diplomatik əlaqələrin səviyyəsi aşağı salına və ya müəyyən dəyişikliklər edilə bilər. Avstraliya İranın əleyhinə mövcud sanksiyalara da qoşula bilər.

 


İran tərəfi özünü haqlı göstərməyə çalışsa da, görünür ki, Avstraliya hökumətinin əlində İran səfirliyinin fəaliyyəti ilə bağlı müəyyən sübutlar mövcuddur. Bu isə İranın növbəti beynəlxalq qalmaqala cəlb olunması deməkdir. Bununla belə, hazırda dünyada çoxsaylı ciddi hadisələr baş verdiyi üçün zaman keçdikcə bu məsələ gündəmdən enə bilər. Amma indiki mərhələdə ABŞ və İsrail üçün İran üzərinə əlavə təzyiq vasitəsi kimi istifadə olunacağı istisna deyil.

 


İran Prezidenti Pesisyanın məsələyə müdaxilə edib, münasibətləri yumşaltmaq üçün addımlar atacağı da mümkündür. Ola bilsin ki, diplomatik əlaqələrdə tam qırılma olmasa da, münasibətlərdə müəyyən korrektələr və yumşaldıcı addımlar atılsın".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər