ABŞ ilə birbaşa danışıqlar aparmaq şərəfli iş deyil”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Tehranın (İran) imam-cüməsi ayətullah Əhməd Hatəmi deyib.

 

“Bəziləri söyləyirlər ki, biz birbaşa Amerika ilə danışıqlar aparmalıyıq. Hacı Qasımı (Süleymani – red.) şəhid edən və nüvə obyektlərimizə hücum edən amerikalılardır. Bu xalq Amerikaya təslim olmayacaq. Rəhbər (Əli Xamenei – red.) artıq bəyan edib ki, danışıqlar nə ağıllı, nə də şərəflidir. Onlar bizi şərəfsizliyə səsləyirlər. İran xalqı şərəfli olub və bundan sonra da olacaq və sizin sözünüzə tabe olmayacaq”, - ayətullah bildirib.