İran Bəhreyndə yanacaq çənlərinə hücum edib
İran Bəhreynin şimalındakı Muharraq əyalətində yanacaq çənlərinə hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, İran Muharraq əyalətindəki bir obyektdə yanacaq çənlərinə qəsdən hücum edib.
Mümkün dağıntılar, maddi ziyan və ya tələfat barədə hələ heç bir məlumat yoxdur.