00:00:00
Yazar
Zəri Bayramlı
06.05.2026 23:48 19 1 dəq oxuma
Dünya

İran BMT ölkələrini ABŞ-nin Hörmüz qətnaməsini dəstəkləməməyə çağırıb

 

İran BMT ölkələrini ABŞ-nin Hörmüz qətnaməsini dəstəkləməməyə çağırıb

İran BMT-yə üzv ölkələri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı Təhlükəsizlik Şurasına təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləməməyə çağırıb.

 

"İnformator.az" xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəliyinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir ki, Hörmüz boğazı ilə bağlı yeganə real həll yolu müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və normal gəmi keçidinin bərpasıdır.

 

“ABŞ isə Təhlükəsizlik Şurasında “gəmiçilik azadlığı” bəhanəsi ilə siyasi motivli və qərəzli qətnamə layihəsi irəli sürür. Məqsəd böhranı həll etmək deyil, öz siyasi gündəmini və qeyri-qanuni addımlarını legitimləşdirməkdir”, - deyə bəyanatda qeyd olunub.

 

#xəbər #çağırıb #baki #abş-nin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər