“İran bu şərtləri qəbul etsə bu müharibənin qarşısını almaq olar”
Donald Tramp administrasiyası İranı yeni nüvə danışıqları üçün əsas kimi dörd ciddi şərti qəbul etməyə çağırır, bunlar mümkün hərbi eskalasiyanın qarşısını ala bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, yaxınlarda bildiyimiz kimi 27 sentyabr BMT-nin Təhlükəsizlik şurasında İranın nüvəni zənginləşdirməsi ilə əlaqədar dinləmələr keçirilib:
“Səs vermə nəticəsində 9 dövlətin “bəli” deməsi 4 dövlətin “xeyr” deməsi və 2 dövlətin bir tərəf qalması İrana qarşı 2015-ci ildən bəri tətbiq olunan sanksiyanın davam etməsi qərara gəlinib. Nəzərə almaq lazımdır ki, ondan öncə Beynəlxalq Atom Agentliyi ilə İran arasında müqavilə imzalanıb və bu BMT-nin 27 sentyabr dinləmələrindən sonra İran bir tərəfli qaydada müqaviləsini pozub və geri çəkilib. Ancaq BMT-nin Təhlükəsizlik şurasında Fransanın və ABŞ-nin nümayəndəsi qeyd edib ki, “qapılar bağlanmayıbdır”. İran obyektiv nöqtə tutsa əlbəttə ki, sanksiyalar və bununla əlaqədar müəyyən addımlar atılacaqdır. Sanksiyalar ABŞ vasitəçiliyi ilə və Avropa dövlətləri üçlüyü, yəni Böyük Britaniya, Almaniya və Fransadan tətbiq olunur. İndi ki halda nəzərə almaq lazımdır ki, ABŞ Silahlı Qüvvələri bu günkü günə Qətərdəki ən böyük, yəni Şərqdəki ən böyük hərbi bazasına kifayət qədər canlı və hərbi texnikalar toplayır. Bu o deməkdir ki, yaxın günlərdə İsrail həmişə ABŞ-dən İranın nüvə və hərbi obyektləri atəşə tutulacaqdır. Səbəb ondan ibarətdir ki, ABŞ, İsrail və digər Avropa dövlətləri göydən çəkilən şəkillərinə əsasən belə bir qərara gəliblər ki, İran əvvəllər 12 günlük müharibə ərəfəsində İsrail və ABŞ Hərbi Hava Qüvvələrindən dağıdılan nüvə obyektlərində, müəssələrində və digərlərində tikinti işləri yenidən başlayıbdır. Və tələb ondan ibarətdir ki, İranın 450 kq malik olduğu zənginləşdirilmiş uron materialının MAQATE-yə təhvil versin. İran bu şərtləri qəbul etsə bu müharibənin qarşısını almaq olar. Bu Çin və Rusiyanın xoşuna gəlməyəcək, ancaq İranın yeni təyin olunmuş Təhlükəsizlik Şurasının katibi belə bir bəyənat verib ki, səbrli olmaq, tez cavab verməmək, müzakirə etmək lazımdır. İranın daxili hakimiyyətin içərisində fikir ayrılıqları var. Böyük ehtimalla İran yaxın günlərdə vurulacaq”.
Aytac İbrahimova
