İran dronu Əbu-Dabidə neft emalı zavoduna hücum edib
İranın pilotsuz təyyarəsi Əbu-Dabi Əmirliyinin (BƏƏ) Ər-Ruvays sənaye şəhərindəki neft emalı zavoduna hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Əbu-Dabi hökuməti xəbər verib.
Hücum nəticəsində obyektdə yanğın baş verib, xilasetmə xidmətləri yanğını nəzarət altına alıb. Yanğınsöndürənlər yanğını tam söndürmək üçün işləri davam etdirirlər.
Xəsarət alan yoxdur.