İran Hayfadakı neft emalı zavoduna zərbələr endirib
İran silahlı qüvvələri İsrailin strateji əhəmiyyətli Hayfa şəhərinə raket zərbələri endirib.
“İnformator.az” İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı əsas hədəf şəhərdə yerləşən neft emalı zavodu və elektrik yarımstansiyası olub.
Məlumata görə, zərbələr nəticəsində Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb. Hazırda şəhərin bir hissəsinin qaranlığa qərq olduğu bildirilir.
Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Dağıntıların miqyası və tələfat barədə hələlik rəsmi məlumat açıqlanmasa da, bu hücum martın 18-də İranın “Cənub Pars” yatağına endirilən zərbələrə cavab kimi qiymətləndirilir.