00:00:00
Yazar
Aysel Mirzəyeva
17.03.2026 20:17 21 2 dəq oxuma
Siyasət

“İran hazırda danışıqlara başlama mərhələsində deyil” - ŞƏRH

“İran hazırda danışıqlara başlama mərhələsində deyil” - ŞƏRH

ABŞ-nin Prezidenti Donald Tramp İranın razılaşma istədiyini bildirsə də, ekspertlər mövcud şəraitdə bunun real olmadığını deyir.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, İranla ABŞ arasında münasibətlər artıq uzun müddətdir gərgin mərhələdədir və bu münasibətlərin qısa müddətdə normallaşması çətin görünür:

 

“İran hazırda danışıqlara başlama mərhələsinə çatmayıb, çünki rəsmi Tehran ilk növbədə öz təhlükəsizliyini və dövlət maraqlarını qorumağa fokuslanıb. ABŞ-nin irəli sürdüyü tələblər kifayət qədər geniş və sərtdir. Bu isə İran üçün yalnız siyasi deyil, həm də hərbi və iqtisadi baxımdan ciddi güzəştlər deməkdir. Tehran anlayır ki, bu şərtlərlə razılaşacağı halda ölkənin mövcud siyasəti və idarəetmə modeli ciddi şəkildə dəyişə bilər. Buna görə də, İran bu mərhələdə danışıqlara getməkdə maraqlı görünmür və daha çox mövqeyini qorumağa çalışır. ABŞ-nin regiondakı strategiyası yalnız siyasi deyil, həm də iqtisadi və enerji maraqları ilə bağlıdır. Xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətə malik marşrutlara nəzarət məsələsi bu qarşıdurmada mühüm rol oynayır. Bu isə İran vasitəsilə birbaşa təhlükə kimi qiymətləndirilir və gərginliyi daha da artırır”.

 

Ekspert əlavə edib ki, İran hesab edir ki, geri addım atacağı təqdirdə ABŞ-nin təzyiqləri daha da artacaq və bu, ölkənin daxili sabitliyinə təsir göstərə bilər:

 

“Bu səbəbdən Tehran hazırda müqavimət göstərmək və mövcud mövqeyini qorumaq yolunu seçir. İran son mərhələyə qədər öz resurslarını səfərbər edərək bu təzyiqlərə qarşı dayanmağa çalışacaq. Mövcud şəraitdə tərəflər arasında etimad mühiti demək olar ki, yoxdur və bu da dialoq ehtimalını minimuma endirir. Hazırkı gərginlik fonunda yaxın dövrdə real danışıqların başlaması ehtimalı zəifdir və proses daha çox qarşıdurma müstəvisində davam edəcək”.


Ayşə Müzəfərli

#deyil” #mərhələsində #yeni #başlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər