00:00:00
Yazar
Admin User
16.06.2025 10:16 112 1 dəq oxuma
Dünya

İran İsrail agentlərinin dron sexinə basqın edib

İran İsrail agentlərinin dron sexinə basqın edib

 

İranın təhlükəsizlik qüvvələri paytaxt Tehranın Rey rayonunda İsrail agentlərinə məxsus pilotsuz uçan aparat (PUA) istehsal sexini aşkarlayıb və oraya basqın ediblər.

 

Dövlət televiziyasının yayımladığı görüntülərdə üç mərtəbəli obyektin içərisində çox sayda dron hissələri və partlayıcı maddələrin olduğu əks olunub. Qeyd olunur ki, sözügedən sexdə İsrailin bəzi hücumlarında istifadə edilən mini kamikadze dronlar hazırlanıb.

 

Təhlükəsizlik qüvvələri ölkənin digər bölgələrində də oxşar sexlərin ola biləcəyini istisna etmir və onların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

 

Bununla yanaşı, Tehranda nəzarət-buraxılış məntəqələri qurulub, şübhəli avtomobillərdə axtarış aparılır.


TRT haber
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər