İran İsrailə qarşı yeni raket hücumuna başlayıb
17 iyun tarixində İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı yeni raket hücumu həyata keçirdiyini açıqlayıb.
Bəyanata görə bu hücum əvvəlkilərdən daha böyük və dağıdıcıdır.
İran bildirib ki, hücumlar İsrailin mühüm və həssas hədəflərinə yönəlib və bu zərbələr tam məhv edilmə başa çatanadək davam etdiriləcək.
İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin qeyd edib ki, İsrail ABŞ və Qərbin dəstəyi, eləcə də ən müasir müdafiə sistemlərinə malik olsa da, İranın raketlərinə qarşı duruş gətirə bilmir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə obyektlərinə qarşı “Rising Lion” adlı əməliyyata başlayıb. İran isə bir gün sonra cavab zərbələri endirib. Sonrakı günlərdə də qarşılıqlı hücumlar davam edib.
Qeyd edək ki, hər iki tərəf zərərin məhdud olduğunu desə də, bəzi strateji hədəflərin vurulduğunu etiraf ediblər.
TASS
Fatimə Şahverdiyeva