İran İsrailin hücumlarına hazırlıqlıdır
Keçən beşinci gün Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların davamlı olması ilə əlaqədar qərardan sonra əlbəttə ki, İranın vəziyyəti heç də ürəkaçan deyil
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, belə ki, İranın bu nüvə reaktorlarının nüvə silahının əldə olunması ilə əlaqədar 2015-ci ildə vaxtında, bir tərəfdən Avropa üçlüyü, Britaniya, Almaniya, Fransa, o biri tərəfdən də ABŞ İran sövdələşməsi həmin sövdələşməyə Çində qoşulmuşub, Rusiyada qoşulmuşub:
"Onun yenidən bərpası, yəni İrana qarşı sanksiyaların davam etdirilməsi ilə əlaqədar qərar qəbul olunub. Ancaq həmin iclasda Rusiya tərəfi əlavə olaraq altı ay müddət istəyiblər. Ancaq səsvermədə doqquz dövlət İranın əleyhinə səs verib, dörd dövlət lehinə səs verib, iki dövlət isə bitərəf qalıb və qərar qəbul olunub. Hansı ki, bu İranın həm sənayesinə, həm bank sisteminə, həm yüngül-ağır sənayesinə, neft sənayesinə ziyan verir. Bu atom silahın əldə edilməsi ilə əlaqədar hər hansı bir addımlarına qarşı sanksiyalar tətbiq olunur, yenidən bərpa olunur. Daha doğru desək, bu da əlbəttə ki, İran iqtisadiyyatına böyük zərbə vurur. ABŞ bəyanat verib ki, İrana artıq axırıncı dəfə bir ay vaxt verilib. Ancaq bu bir ay vaxtdan İran istifadə edə bilməyib, ona görə də bu danışıqlar bərpa edilir. Ancaq nəzərə alsaq ki, həm ABŞ nümayəndəsi, həm də ki, Fransanın nümayəndəsi qeyd edib ki, qapılar hələ bağlanmayıb və İran bundan dərs çıxartmalı və danışıqlara getməlidir. Ancaq ehtimal odur ki, İsrail dövləti böyük ehtimalla yenidən İranın nüvə obyektlərinə hücum edəcəkdir".
Həmçinin ekspert vurğulayır ki, belə ki, verilən məlumata görə, İran yenidən Natanz və əvvəllər ABŞ tərəfindən İsrail tərəfindən vurulan nüvə silahının əldə edilməsi ilə əlaqədar olan obyektlər də yenidən bərpa işləri davam etdirir və bununla əlaqədar hətta İranın atom üzrə xüsusi nümayəndəsi bəyanat verir ki, biz işləri dayandırmayacağıq, davam etdirəcəyik:
"Əlbəttə ki, bu olacaqdır. Qeyd edib ki, İsrail yenidən, yəqin ki, İranın nüvə obyektlərini vuracaqdır. Əlbəttə ki, bu, Rusiyanın və Çinin xoşuna gəlməyəcəkdir. Çin axır zamanlar bunla əlaqədar müəyyən bir beynəlxalq addımlar atır. Nəzərə alsaq ki, hətta İranla Rusiya arasında 25 milyard dollarlıq bir müqavilə var, həmin müqaviləyə əsasən İranın cənub hissəsində, Fars körfəzi, Hörmüz körfəzi, Hörmüz körfəzi yanında dörd reaktor Rusiya tikməlidir. Bu dinc məqsədlər istifadə olunmalıdır. Həmin nüvə reaktorlarını bu və ya digər hərbi məqsəd üçün istifadə etmək olar. Yəqin ki, bu sanksiyalar həm də ona görədir. Ona görə də vəziyyət kifayət qədər qeyd olunan kimi böyük ehtimalla İranın nüvə obyektləri və ya digər hərbi sənaye obyektləri İsrail və yaxud ABŞ tərəfindən vurulacaqdır".
Gülcan Salahova
