00:00:00
Yazar
Admin User
26.09.2025 10:48 79 1 dəq oxuma
Dünya

İran kəşfiyyatının yalanı üzə çıxıb

İran kəşfiyyatının yalanı üzə çıxıb

Kəşfiyyat Nazirliyinin “İsraildən əldə edilən eksklüziv görüntülər və məlumatlar” adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkillərindən istifadə olunub.

 

"İnformator.az" xəbər verir ki, bunu SEPAH-a bağlı “Fars” xəbər agentliyi yazıb.


“Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmdə əks olunan bütün məlumatları uydurma adlandırmaq üçün bəhanə verib”, - agentlik əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib.


1 gün sonra isə onun “məxfi” adlandırdığı və İran televizyasında nümayiş etdirilən sənədlərin bir çox internet saytı və “Quql”da yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər