00:00:00
Yazar
Admin User
31.03.2025 11:29 228 1 dəq oxuma
Dünya

İran lideri Hamaney ABŞ-yə cavab verdi!

İran lideri Hamaney ABŞ-yə cavab verdi!

İran lideri Ayətullah Hamaney, ABŞ Prezidenti Donald Trampın hücum təhdidlərini həyata keçirməsi ehtimalını görmədiklərini, lakin istənilən hücuma sərt cavab verəcəklərini bildirib.

 

Paytaxt Tehranda İmam Xomeyni Musalla məscidində bayram namazı zamanı verdiyi xütbədə Hamaney İsrailin bölgədəki təcavüzünə və Trampın İrana hücum təhdidlərinə toxunub. Ramazan ayında İsrailin Qəzza, Livan və Fələstində uşaqları qətlə yetirərək soyqırımını davam etdirməsinin müsəlmanları dərindən kədərləndirdiyini və bu qətliamların ABŞ-nin dəstəyi ilə həyata keçirildiyini bildirən Hamaney:

“Bu cinayət şəbəkəsi Fələstindən qovulmalıdır və belə də olacaq. Hər kəs bu bölgədən pisliyi aradan qaldırmaq üçün səy göstərməlidir",-dedi.

 

Mənbə: CNN TÜRK
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər