00:00:00
Yazar
Səadət Əlizadə
21.03.2026 20:48 13 1 dəq oxuma
Siyasət

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

İran ətrafında baş verən hərbi qarşıdurma yalnız regionun siyasi xəritəsini deyil, qlobal logistika və nəqliyyat sistemini də dəyişməkdədir. ABŞ-nin nüfuzlu nəşri “Nyu York Tayms” (The New York Times) nəşri yazır ki, Yaxın Şərqdə hava məkanlarının bağlanması nəticəsində Avropa ilə Asiya arasında uçuş marşrutları kəskin şəkildə daralıb və alternativ yollar faktiki olaraq məhdud sayda təhlükəsiz dəhlizlərlə əvəzlənib. Bu dəhlizlərdən ən mühümü isə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən xəttdir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki. bu barədə Avropada yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli qeyd edib.

 

“NYT-nin vurğuladığı kimi, İran, İraq və ətraf regionlarda artan risklər səbəbindən aviaşirkətlər bu ərazilərdən uzaq durmağa çalışır. Nəticədə qlobal hava nəqliyyatı xəritəsində yeni reallıq yaranıb. Avropa ilə Asiya arasında əlaqə artıq geniş və çoxşaxəli marşrutlar üzərindən deyil, dar və məhdud koridorlar vasitəsilə təmin olunur.

 

Bu proses təsadüfi deyil. Müasir müharibələr yalnız cəbhə xəttində getmir. Onlar ticarət yollarını, enerji xətlərini və nəqliyyat sistemlərini də hədəfə alır.

#azərbaycan #i̇ran #xəbər #dəhlizə”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər