İran nümayəndə heyəti İslamabada gedir
İran nümayəndə heyəti çərşənbə axşamı ABŞ-lə danışıqlar aparmaq üçün Pakistana gələcək.
"İnformator.az" xəbər verir ki, bu barədə CNN telekanalı məlıumat yayıb.
“Mənbələr danışıqlar qrupunun tərkibinin ilk raundda olduğu kimi qalacağını gözləyirlər. Həmin vaxt nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçı və parlament sədri Məhəmməd Bagir Qalibaf rəhbərlik edirdilər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp amerikalı nümayəndə heyətinin danışıqlar üçün İslamabada yollandıqlarını deyib.