İran Ordusu ABŞ-nin İordaniyadakı bazasına hücum edib
ABŞ-nin İordaniyadakı Əl-Əzrəq (Müvəffəq Salti) bazası İran Ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb.
"İnformator.az” xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Əl-Əzrəq bazasında ABŞ Ordusunun maddi-texniki təminat və dəstək avadanlıqları anbarı, qüvvələrin yerləşmə məkanları PUA-ların hədəfinə çevrilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" aviabazası avadanlıqları və yüksək insan resursları potensialı ilə regionun ən mühüm hərbi mərkəzlərindən, ABŞ və müttəfiqlərinin əsas hərbi obyektlərindən biri hesab olunur.