00:00:00
Yazar
Güllər Gülhüseynova
13.03.2026 09:11 17 1 dəq oxuma
Dünya

İran ordusu İsrail və ABŞ-yə qarşı 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə edib

İran ordusu İsrail və ABŞ-yə qarşı 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə edib

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrail və ABŞ-a qarşı əməliyyatının son mərhələsinin bir hissəsi olaraq 2 tonluq döyüş başlığı olan raketlərdən istifadə edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

 

"Əməliyyatın 43-cü mərhələsinin bir hissəsi olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin V donanmasının bazasına və bir neçə digər Amerika hərbi bazasına, eləcə də İsrailin Təl-Əviv və Eylat şəhərlərinə hücum etdik. İki tonluq döyüş başlığı olan Xorrəmşəhr raketlərindən, eləcə də 1 tonluq döyüş başlığı olan Emad və Kheibar Şekan raketlərindən istifadə etdik", - deyə bəyanatda bildirilib.

#baki #istifadə #i̇ran #başlıqlı #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər