00:00:00
Yazar
Admin User
11.07.2025 11:47 136 1 dəq oxuma
Dünya

İran öz-özünü təkzib edib

İran öz-özünü təkzib edib

İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail qırıcılarını vurmayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran televiziyasında deyilib.

 

“Qırıcının vurulması və İsrailin qadın pilotunun əsir götürülməsi haqda informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı”, - canlı verilişdə bildirilib.


İran televiziyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

 

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən “Tasnim”, “Mehr” və digərləri məlumatlar yaymışdılar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər