00:00:00
Yazar
Admin User
09.09.2025 06:45 85 1 dəq oxuma
Dünya

İran parlamenti qapalı toplantı keçirir

İran parlamenti qapalı toplantı keçirir

İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə İslam Respublikası parlamentinin qapalı iclası keçirilir.

 

"İnformator.az" xəbər verir ki, məlumatı SNN.İ yayıb.

 

Məlumata görə, tədbirdə iqtisadi məsələlər də daxil olmaqla ölkə həyatının vacib və fundamental problemləri, onların həlli üzrə qəbul olunmuş qərarların müzakirə olunacağı gözlənilir.

 

Mütəxəssislər ehtimal edirlər ki, toplantıda İranın ABŞ ilə danışıqları, Böyük Britaniya, Almaniya və Fransa hökumətinin İslam Respublikasına sanksiyalarının bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti, nüvə problemi ətrafında məsələlər də müzakirə oluna bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər