00:00:00
Yazar
Admin User
07.08.2025 15:45 105 2 dəq oxuma
Dünya

İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edəcək

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “Tehran” televiziya kanalına açıqlamasında bildirib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pəzeşkianın Ermənistana səfərinin Vaşinqtonda danışıqların getdiyi bir zamanda baş tutması kifayət qədər diqqət çəkir:

 

"Əlbəttə ki, konkret eyni səbəbdən səfər etdiyini demək doğru deyil. Nəzərə almaq lazımdır ki, bir müddət öncə İran Prezidenti Azərbaycana da səfər etmişdi. Pezeşkianın şəxsi profilinə baxdıqda regional baxışının konsultiv olduğunu demək olar. Yəni o, qonşu dövlətlərlə problemlərin həllində maraqlı görünür. Bunu özünün açıqlamalarından da görürük ki, İranın qonşularına qarşı aqressiv tutumu Prezident və Prezidentin ətrafındakı islahatçı qanadı narahat edir və bunun İsrail maraqlarına xidmət etdiyini də aydın şəkildə başa düşürlər. Amma problem Məsud Pezeşkianın bu məsələdə kifayət olmamasıdır və onun avtoritarlığı kifayət qədər azdır. O sistemin qoyduğu qaydalardan kənara çıxa bilmir. Ermənistana səfər böyük ehtimalla Azərbaycana səfərlə oxşar məntiqdədir. Ermənistanda Amerika maraqları, Rusiyanın təsir gücü və Avropa İttifaqının "mülki missiyası" var. Son dönəmlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin gündəmə gəlməsi və Vaşinqtonda danışıqların getməsi İranın hansı addımı atacağı məsələsini aktuallaşdırır. Buna görə də Tehran vəziyyəti yerində görmək üçün Ermənistana səfər edir. Hər halda bu səfər kifayət qədər diqqət çəkir və mümkündür ki, İran sülh prosesində maraqlı və kontruktiv mövqedə görünməyə çalışır. Pezeşkianın məsələlərə şəxsi baxışı ilə mövcud sistemin baxışı arasında fərq var".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər