00:00:00
Yazar
Admin User
17.06.2025 17:21 94 1 dəq oxuma
Dünya

"İran qeyd-şərtsiz təslim olmalıdır”

"İran qeyd-şərtsiz təslim olmalıdır”

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı sosial mediada verdiyi açıqlamada İranın “qeyd-şərtsiz təslim olmalı” olduğunu bəyan edib.

 

Tramp paylaşımında yazıb: “Qeyd-şərtsiz təslim! İran üzərində hava məkanına tam nəzarət edirik. Dünya bizi izləyir”.

 

Bu bəyanat ABŞ ilə İran arasında son günlərdə artan hərbi gərginlik fonunda səsləndirilib.

 

G7 sammiti çərçivəsində etdiyi çıxışda Tramp İrana sərt xəbərdarlıq edərək bildirib: “Onlar bilirlər ki, ABŞ əsgərlərinə toxunmaq olmaz. Əgər xalqımıza nəsə etsələr, cavab çox sərt olacaq”.

 

Tramp, vitse-prezident JD Vance və ya müşavir Steven Witkoff-un İran rəsmiləri ilə görüşmək üçün göndərilə biləcəyi ehtimalına isə qeyri-müəyyən münasibət bildirib: “Bəlkə də göndərərəm. Geri qayıtdıqdan sonra vəziyyətdən asılı olacaq".

 

ANEWZ

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər