00:00:00
Yazar
Admin User
01.04.2024 18:48 297 1 dəq oxuma
Dünya

İran səfirliyindən İsrailə cavab

İran səfirliyindən İsrailə cavab

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib ki, Tehran İsrailin Dəməşqə raket hücumuna sərt cavab verəcək.

 

"Bizim qəti cavabımız bundan sonra olacaq", - diplomat söz verib.

 

Bundan əvvəl məlum olub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmə komandiri, general Məhəmməd Rza Zahidi İsrailin Suriyanın paytaxtında İran səfirliyinin yanındakı binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olub. Zabit dünya təşkilatının İranın nüvə proqramında iştirak etməkdə şübhəli bildiyi 15 digər məmur və hərbçi ilə birlikdə BMT-nin "qara siyahısı"nda idi.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər