İran su böhranı ilə qarşı-qarşıya- Pezeşkian
İranda uzun müddətdir resursların idarə olunmaması və yüksək istehlak elektrik, qaz və su qıtlığına səbəb olur. Prezident Pezeşkian bildirib ki, əgər vəziyyət idarə olunmaz və vətəndaşlar istehlakı azaltmasa, sentyabr-oktyabr aylarında Tehran su anbarlarında su qalmayacaq.
Ekologiya Təşkilatının rəhbəri Şina Ansari son 5 ildə quraqlıq şəraitinin davam etdiyini və son 4 ayda yağıntının 40% azaldığını açıqlayıb. Təbriz vilayətinin su şirkətinin rəhbəri isə sakinlərin 70%-nin gündə tövsiyə edilən 130 litr sudan çox istifadə etdiyini bildirib.
Su böhranının əsas səbəblərindən biri kənd təsərrüfatının su sərfiyyatının ölkə ümumi istehlakının 80%-ni təşkil etməsidir. Prezident hökumətin tələbatı azaltmaq üçün təklif etdiyi həftəlik tətil planlarını isə böhranı gizlətmək kimi qiymətləndirib.
2021-ci ilin yayında İranda su qıtlığı səbəbindən kütləvi etirazlar baş verib.
ANEWZ
Gülhüseynova Güllər