00:00:00
Yazar
Admin User
24.09.2025 14:06 105 1 dəq oxuma
Dünya

İran sularında Tanzaniya bayrağı altında üzən gəmi batıb

İran sularında Tanzaniya bayrağı altında üzən gəmi batıb

İranın cənub sularında, Kiş adasının iki milliyində Tanzaniya bayrağı altında üzən gəmi batıb.

 

"İnformator.az" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

 

İranın cənubundakı Hörmüzqan əyalətinin Limanlar və Dənizçilik xidmətidən bildirilib ki, BƏƏ-nin Ras əl-Xeymə limanından Tanzaniya bayrağı altında Küveytin Şuaiba limanına hərəkət edən "Duba Sana" gəmisi dənizdə yarıya qədər batıb.

 

Məlumata görə, gəminin göyərtəsindəki doqquz ekipaj üzvünün hamısı xilas edilib.

 

Gəmidə 2 500 ton ağ sement olub. Qəzanın səbəbləri dəniz ekspertləri tərəfindən araşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər