İran: Sülh təklifinə müharibə təzminatı və ABŞ qoşunlarının bölgədən çıxması daxildir
Tehranın ABŞ-yə təqdim etdiyi son sülh təklifində Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, ABŞ qüvvələrinin İran yaxınlığındakı bölgələrdən çıxarılması və müharibənin vurduğu ziyana görə təzminat ödənilməsi yer alıb.
Tramp bazar ertəsi bildirib ki, Tehran Vaşinqtona yeni sülh təklifi göndərdikdən sonra İrana qarşı planlaşdırılan hücumların bərpasını dayandırıb və indi İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşmanın əldə olunması üçün “çox yaxşı şans” var.
Reuters isə Trampın fevralın sonunda başladığı müharibənin yenidən alovlanmasına səbəb ola biləcək zərbələr üçün hazırlıq görülüb-görülmədiyini müəyyən edə bilməyib.
Reuter
Ədilə Hüseynzadə