İran Təhlükəsizlik Şurasının katibi səfərə getdiyi ölkəni qarışdırıb
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Livana səfəri və bununla bağlı X sosial şəbəkəsində paylaşımı qalmaqala səbəb olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, paylaşımında dolayı yolla Livan hökumətini ABŞ-nin planı üzrə hərəkət etməkdə ittiham edib.
“Livanın işlərinə qarışmaq? Mən İranın milli təhlükəsizlik rəsmisiyəm və açıq deyirəm: İranın heç bir ölkənin, o cümlədən Livanın işinə qarışmaq niyyəti yoxdur. Livanın işlərinə qarışan kimdirsə, min kilometrlərlə uzaqdan (ABŞ-ni nəzərdə tutur – red.) plan və cədvəl verən də odur. Biz sizə bir plan verməmişik”, - Laricani bildirib.
Livanlı sosial media istifadəçiləri Laricaninin paylaşımını və bəyanatlarını ölkənin müstəqilliyi və suverenliyinə xəyanət kimi qiymətləndiriblər.