İran və IAEA danışıqları davam etdirəcək
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA) münasibətlərində gərginliklərə baxmayaraq, təşkilatla birbaşa danışıqları davam etdirəcəyini açıqlayıb.
Xatırladaq ki, iyun ayında ABŞ və İsrailin hücumları nəticəsində İranın nüvə obyektlərinə ziyan dəyməsindən sonra IAEA müfəttişləri ölkədəki obyektlərə giriş imkanı əldə edə bilməyib. Agentliyin rəhbəri Rafael Qrossi isə inspektorların fəaliyyətinin prioritet olduğunu vurğulayıb.
İran rəsmisi Bağaei bildirib ki, hücumlardan sonra IAEA ilə münasibətlər dəyişsə də, danışıqlar kəsilməyəcək. Tehran həmçinin IAEA-nı may ayında yayımlanan və agentliyin İdarə Heyətinin İranı nüvə silahı istehsalına yönəlməkdə günahlandırmasına səbəb olan hesabatına görə tənqid edib. İran isə bu ittihamları rədd edərək, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qaldığını bir daha təsdiqləyib.
Ötən ay İran parlamenti IAEA ilə müəyyən əməkdaşlıq mexanizmlərini dayandıran qanun qəbul edib. Yeni qanuna əsasən, bundan sonrakı yoxlamaların keçirilməsi yalnız İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə mümkün olacaq.
ANEWZ
Güllər Gülhüseynova