İran və İraqın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
İranın xarici işlər naziri Abbas Əraqçi ilə iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı olub.
"İnformator.az" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında yazıb.
Söhbət zamanı son regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılıb.