00:00:00
Yazar
Aysel Mirzəyeva
19.03.2026 21:13 154 2 dəq oxuma
Siyasət

“İran xilas yolu axtarmaq əvəzinə intiharı seçir”-ŞƏRH

“İran xilas yolu axtarmaq əvəzinə intiharı seçir”-ŞƏRH

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qisasının alınacağı bildirilib.


Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, qisasçılıq siyasəti xalqa töhfə verə bilməz:

 

“İran rejimi qəzəb və hikkə ilə xalqı özünü qorumaq üçün sipər edir. Həmçinin İsrail heç bir dəyər, qanun gözləmədən başqa bir dövlətin liderlərini öldürür. Bu ilk növbədə beynəlxalq hüququn heçə sayılmasıdır. Gərginliyin azaldılması üçün İran hökuməti danışığa hazır olmalıdır. Lakin onlar bundan imtina edirlər. Belə olduğu halda savaş uzanacaq və İran rejimi özü-özünü intihara vadar edəcək. Siyasət, diplomatiya əvəzinə orta əsr üsulları ilə qisas, intiqam nərələri nə xalqı, nə də İran hökumətinin yerdə qalan şəxslərini xilas edə bilər. Xalqı və ölkə iqtisadiyyatını ABŞ və İsrailin raketlərinə qurban etmək əvəzinə ortaq məxrəcə gəlib, həm dövləti, həm də hakimiyyəti xilas etmək olar. Bunun üçün SEPAH geri çəkilməli, Prezident Məsud Pezeşkiyanın səlahiyyətləri artırılıb, dövlət başçısı kimi qəbul olunmalıdır. Yeganə xilas yolu budur. Əks halda SEPAH müharibəyə davam etmək istəsə, Pezeşkiyanın önə keçirilməsi planını ABŞ özü icra edəcək. Belə ki, bütün mühafizəkar sistem liderləri sıradan çıxarılaraq SEPAH generalları da məhv ediləcək, nəticədə ABŞ və İsraillə danışıqlar aparacaq yeganə şəxs Prezident Pezeşkiyan qalacaq. Bununla da razılıq əldə olunub müharibə sona çatacaq. İranda qisas adı çəkən bütün şəxslər sıradan çıxarılacaq. İranın müharibə taktikası da diplomatiyası kimi effekt vermir, bütövlükdə ölkə rəhbərliyi demək olar ki, İsrail və ABŞ hücumunun qurbanı olub. Yaxın Şərqdə də durumu İran gərginlik həddinə çatdırıb. Ərəb ölkələrinə hücum edir və zərər vurur. Onlar da yaxın vaxtda İrana qarşı koalisiyaya qoşula bilərlər. Regionda vəziyyət Çin-in açıq savaşa qatılması ilə dəyişə bilər, o da hələ ki, qatılmır. Lakin İranın hazırkı mövqeyi rejimin sonunu gətirəcək, çünki xilas yolu axtarmaq əvəzinə intiharı seçirlər”.


Aytac İbrahimova

#yolu #gündəm #seçir”-şərh #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər