İran XİN ABŞ ilə razılaşmanın imzalanacağı tarix barədə məlumat yayıb
ABŞ ilə İran arasında İslamabad danışıqları nəticəsində hazırlanan memorandum müharibənin dayandırılmasına yönəlib.
"İnformator.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"Hazırda nəzərdən keçirilən İslamabad memorandumu müharibənin dayandırılmasına yönəlib və bu mərhələdə nüvə məsələsini müzakirə etməmək qərara alınıb", - o əlavə edib.
Bəqainin sözlərinə görə, memorandumun imzalanmasının dəqiq vaxtı məlum deyil: "Hərçənd bu, sabah olmayacaq, imzalanmanın yaxın günlərdə baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, qarşı tərəfin qeyri-sabitliyi səbəbindən bu proseslə bağlı istənilən bəyanatlarda ehtiyatlı olmaq lazımdır".