00:00:00
Yazar
Admin User
12.09.2025 15:50 49 1 dəq oxuma
Dünya

İran: Zənginləşdirilmiş uran ehtiyatı bombalanan obyektlərin altında qalıb

İran: Zənginləşdirilmiş uran ehtiyatı bombalanan obyektlərin altında qalıb

 

İranın Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəyə məxsus zənginləşdirilmiş uran ehtiyatı ABŞ və İsrailin iyun ayında nüvə obyektlərinə endirdiyi hava hücumları nəticəsində dağıntılar altında qalıb. O, bu barədə dövlət televiziyasına açıqlama verib.

 

Əraqçinin sözlərinə görə, hazırda İran Atom Enerjisi Təşkilatı materialların əlçatan olub-olmadığını və vəziyyətini qiymətləndirir. Bu qiymətləndirmə başa çatdıqdan sonra hesabat Milli Təhlükəsizlik Ali Şurasına təqdim ediləcək və növbəti addımlar həmin qurum tərəfindən müəyyən ediləcək.

 

Nazir qeyd edib ki, BMT sanksiyalarının bərpası halında İranın reaksiyası qəti olacaq:

“Bu reaksiyanın forması və növü Yüksək Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək. Çünki məsələ hazırda ölkənin xarici siyasətində ən önəmli məsələlərdən birinə çevrilib".

 

Əraqçi əlavə edib ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq ehtimalı da zaman-zaman gündəmə gəlib, lakin ölkənin seçimləri yalnız bununla məhdudlaşmır və hansı addım milli maraqlara daha uyğun olarsa, o qərar veriləcək.

 

O həmçinin bildirib ki, Misirin paytaxtı Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanmış sazişə baxmayaraq, hələlik hər hansı yoxlamaya icazə verilməyib. Gələcək yoxlamalar isə əlavə müzakirə və Milli Təhlükəsizlik Ali Şurasının təsdiqindən asılı olacaq.

 

TRT XƏBƏR

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər