00:00:00
Yazar
Aise Mustafayeva
23.09.2026 20:31 265 2 dəq oxuma
Gündəm

İranda hakimiyyət dəyişikliyi – Hərbi eskalasiya nəticə verməyib

 

İranda hakimiyyət dəyişikliyi – Hərbi eskalasiya nəticə verməyib

İrana qarşı hərbi təzyiqlər hakimiyyət dəyişikliyinə səbəb olmayıb. 

 

 

Fransa Prezidenti Emmanuel Makron İranın nüvə silahına sahib olmasının qarşısını almağın vacibliyini vurğulayıb. O bildirib ki, hərbi zərbələrlə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil və bu yanaşma daha əvvəl də uğursuz nəticələnib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, İrana qarşı uzun müddətdir davam edən hərbi təzyiqlərə baxmayaraq, ölkədə hakimiyyət dəyişikliyi baş verməyib:

 

 

“Artıq uzun müddətdir ki, ABŞ İrana qarşı hərbi güc tətbiq edir. Amma İranda hakimiyyət dəyişikliyi baş verməyib. Fevralın 27-də ABŞ-nin İrana hava zərbələri nəticəsində İran liderləri və Ali Dini Rəhbər həyatını itirib. Tramp administrasiyası bunun İranda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını gözləyə bilər. Amma bu baş verməyib. Əksinə, rejim ətrafında xalqın birləşdiyini gördük. Bu da göstərir ki, hərbi eskalasiya İranda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq”.

 

Ekspert qeyd edib ki, İran ətrafında baş verən proseslər region ölkələri üçün ciddi təhlükə yaradır. Geniş hərbi eskalasiya proseslərin idarəolunmaz istiqamətdə inkişafına səbəb ola bilər. Onun sözlərinə görə, regionda baş verənlər dünya iqtisadiyyatına və enerji bazarına da mənfi təsir göstərir:

 

 

“Hörmüz boğazındakı vəziyyət enerji bazarında ciddi qeyri-müəyyənlik yaradıb. Bu, dünya iqtisadiyyatı üçün ciddi çağırışdır. Eyni zamanda, region ölkələri üçün də ciddi problemlər yarada bilər”.

 

 

Elşad Mirbəşiroğlu Fransa Prezidenti Emmanuel Makronun məsələnin diplomatik yolla həllinə üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, Makron hərbi yolla hakimiyyət dəyişikliyinə cəhdlərin uğursuz olduğunu qeyd edir:

 

 

“Makron İranın nüvə proqramının dayandırılmasının vacibliyini qeyd edir. Bu, aktual məsələdir. Amma digər tərəfdən dialoqa üstünlük verir və problemin danışıqlar yolu ilə həllini dəstəkləyir”.

 

 

Siyasi şərhçi əlavə edib ki, ciddi hərbi eskalasiyadan çəkinmək lazımdır. Onun fikrincə, ABŞ-nin da bu məsələnin fərqində olduğunu söyləmək mümkündür.

 

 

Arzum Ağazadə

#eskalasiya #xəbər #nəticə #dəyişikliyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər