00:00:00
Yazar
Admin User
30.08.2025 09:41 104 1 dəq oxuma
Dünya

İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 8 nəfər həbs edilib

İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 8 nəfər həbs edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail kəşfiyyat xidməti Mossada gizli obyektlərin koordinatlarını və yüksək rütbəli hərbçilər haqqında məlumatları ötürməyə cəhd göstərməkdə şübhəli bilinən 8 nəfəri həbs edib.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

 

Məlumata görə, saxlanılanlar İran-İsrail münaqişəsinin eskalasiyası dövründə İsrail xüsusi xidmət orqanlarına məlumat verməkdə ittiham olunurlar. SEPAH-ın bəyanatında bildirilir ki, şübhəlilər Mossadda məsafədən xüsusi təlim keçiblər və planlarını həyata keçirməzdən əvvəl İranın şimal-şərqində saxlanılıblar. Bundan əlavə, bildirilib ki, saxlanılanlardan bomba, partlayıcı maddələr və s. götürülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər