00:00:00
Yazar
Admin User
05.10.2025 18:50 101 1 dəq oxuma
Dünya

İranda məcburi hicab qanununun tətbiqi dayandırılıb

İranda məcburi hicab qanununun tətbiqi dayandırılıb

İranda qadınların məcburi hicabı ilə bağlı ziddiyyətli açıqlamalar yenidən gündəmdədir. Bu, Azərbaycan mediasında və sosial şəbəkələrdə yanlış olaraq hicabı məcburi edən müvafiq qanunun ləğvi kimi təqdim edilir. Əslində isə belə deyil.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında Axar.az saytının Güney bölməsinin məsul redaktoru Əlirza Zamani deyib.

 

O, Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bahonarın mətbuat konfransındakı açıqlamalarının yanlış şərh edildiyini bildirib:

 

"Bahonar açıq şəkildə bəyan etdi ki, artıq İranda məcburi hicab qanununun icrası dayandırılıb. O, məcburi hicab tərəfdarı olmadığını da vurğulayıb. Hətta bəyan etdi ki, özü heç vaxt buna inanmayıb və yenə də inanmır. Bahonar həmçinin, sistemin “milli qərarlarına” toxunaraq, məcburi hicabın artıq dövlət tərəfindən icra olunmadığını diqqətə çatdırıb.

 

Bu, Prezident Pezeşkianın da mövqeyi ilə uzlaşır. Təxminən bir ay əvvəl televiziya proqramında danışan İran Prezidenti Məsud Pezeşkian demişdi ki, parlamentin təsdiqlədiyi “Hicab və İffət” Qanununun tətbiqi dayandırılıb. O, bu qərarını belə əsaslandırmışdı: "Mən cəmiyyətdə müharibə və döyüşə səbəb ola biləcək bir qanunu tətbiq edə bilməzdim”. Pezeşkianın bu mövqeyi ölkə rəhbərliyində də hicab məsələsində fərqli yanaşmaların olduğunu göstərir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər