00:00:00
Yazar
Admin User
17.09.2025 06:39 92 1 dəq oxuma
Dünya

İranda Mossadla əməkdaşlıqda təqsirli bilinən şəxs dar ağacından asılıb

İranda Mossadla əməkdaşlıqda təqsirli bilinən şəxs dar ağacından asılıb

İranda İsrail kəşfiyyatına (Mossad) casusluq etməkdə təqsirli bilinən Babək Şahbazi adlı İslam Respublikası vətəndaşı Babak Şahbazi edam olunub.

 

"İnformator.az" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

 

Məlumata görə, kəşfiyyat, casusluq və təhlükəsizlik sahəsində İsraillə əməkdaşlıqda ittiham olunan şəxs məhkəmə prosesindən keçdikdən və Ali Məhkəmə tərəfindən hökmü təsdiqləndikdən sonra sentyabrın 17-də səhər saatlarında edam edilib.

 

Qeyd edək ki, Ram Xodan oğlu Babak Şahbazi telekommunikasiya, hərbi və təhlükəsizlik təşkilatları, mərkəzləri ilə əlaqəli şirkətlərdə podratçı kimi sənaye soyutma cihazlarının layihələndirilməsi, quraşdırılması sahəsində çalışıb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər