00:00:00
Yazar
Ayşən Səlimova
10.03.2026 20:23 27 1 dəq oxuma
Dünya

İranda rejim çökməyincə yeni lider seçilə bilər

İranda rejim çökməyincə yeni lider seçilə bilər

ABŞ Prezidenti Donald Tramp "New York Post"a müsahibəsində İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin təyinatından narazı olduğunu bildirib. O, bununla bağlı konkret planlarını açıqlamasa da, Xameneiyə münasibətinin mənfi olduğunu vurğulayıb. Eyni zamanda, ABŞ-nin İrana quru qoşunları yerləşdirməsi ehtimalına toxunan Tramp, hazırda bu istiqamətdə heç bir qərarın verilmədiyini və məsələnin gündəmdə olmadığını bəyan edib.

 

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İran üçün yeni lider seçəcəyi ilə bağlı fikirlər hələlik real görünmür:

 

 

“Rejim tam çökməyənə qədər İranda ali dini liderin öldürülməsi belə sistemin fəaliyyətini dayandırmayacaq. Çünki əvvəldən əsas dövlət və hərbi vəzifələr üçün bir neçə əvəzedici müəyyən edilib. İran Konstitusiyasına görə belə hallarda əvvəl müvəqqəti idarəetmə şurası yaradılır, sonra isə yeni dini lider seçilir. Buna görə də ABŞ-nin İran üçün yeni lider seçəcəyi ilə bağlı fikirlər hələlik real görünmür. Yalnız rejim tam zəiflədikdə və ya ölkədə böyük siyasi dəyişiklik baş verdikdə belə ssenarilər mümkün ola bilər. Hazırda isə müharibə davam edir, ABŞ və İsrail İranın strateji obyektlərinə zərbələr endirir, İran isə buna cavab olaraq regiondakı hərbi bazalara və İsrailə raket və dron hücumları edir. Bu səbəbdən İranda yeni hakimiyyətin formalaşması və ya ölkənin parçalanması haqqında danışmaq hələ tezdir”. 

 

Aydan Əsgərxanlı

#baki #xəbər #bilər #lider
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər