00:00:00
Yazar
Admin User
14.08.2023 18:02 393 1 dəq oxuma
Dünya

İRANDA TERROR AKTI TÖRƏDİLDİ

İRANDA TERROR AKTI TÖRƏDİLDİ

İranın Şiraz şəhərində terrorçular Şah Çıraq məqbərəsinə silahlı basqın edib. İran mediasında yer alan xəbərlərə görə, silahlı şəxs Bab əl-Mehdi qapısından içəri girməyə cəhd edib, lakin mühafizə qüvvələrinin müqaviməti ilə qarşılaşıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, silahlı şəxs mühafizə qüvvələrinin etirazı ilə üzləşdikdən sonra ətrafa atəş açaraq qaçmağa başlayıb. Hücum nəticəsində 4 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. Hücumu törədənlərdən biri tutularaq istintaqa cəlb edilib, digəri isə qaçıb.

Mediada yayılan şəkillərdə İranın ən mühüm ziyarətgahlarından biri olan türbənin girişindəki pəncərələrdə güllə yerləri görünüb. Hücumdan sonra məqbərənin çöl girişlərinin bağlandığı, ətrafında sərt təhlükəsizlik tədbirləri görüldüyü bildirilib. Hadisədən sonra terror təşkilatı İŞİD sosial mediada yaydığı açıqlamada hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb. Ekspertlər hadisəni İranın İraq və Suriyada İŞİD-ə qarşı apardığı fəaliyyətlə əlaqələndirilər. Onlar bütün beynəlxalq təşkilatları baş verənlər fonunda tədbirlər görməyə çağırıblar. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər