00:00:00
Yazar
Admin User
07.07.2023 12:22 295 3 dəq oxuma
Dünya

İranda yaşanan çörək qıtlığı - TƏFƏRRÜATLAR

İranda yaşanan çörək qıtlığı - TƏFƏRRÜATLAR

İranda subsidiyaların ləğv edilməsindən sonra ərzaq məhsulları bahalaşıb. Verilən qərardan sonra ölkədə çörək qıtlıq müşahidə edilir. Hökümət çörək qıtlığının səbəbini buğda çatışmazlığı ilə əlaqələndirsə də, əhali bunun süni şəkildə yaradıldığını düşünür.

 

İranın Saravan şəhərində Yasin Zəngşahi adlı gənc çörək növbəsi gözləyərkən Əfqanıstan vətəndaşı olan şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisə nəticəsində gənc həyatını itirib.

 

Bu fakt son bir neçə ayda cənub qonşumuzun ərazisində ərzaq qıtlığının pik həddə çatdığını göstərir. Molla rejiminin verdiyi qərarlar nəticəsində ölkədə ərzaq məhsulları kəskin bahalaşıb və nəticədə qıtlıq yaranıb. Tehranda bir ailə həftədə sadəcə 5 kq toyuq əti ala bilər. Üstəlik, alışveriş zamanı onlardan şəxsiyyət vəsiqəsi, habelə digər sənədlər tələb edilir, növbələrin isə sonu görünmür. Problemlər uzun müddətdir mövcud olsa da, hökumət həll yolları təklif etmək əvəzinə boş vədlər verməkdə davam edir. Amma indiki halda verilən vədlərin reallığı əks etdirmədiyi görünür. Çünki əvvəllər talonla ailə başına 5 çörək verilirdisə, indi bu say 2-ə endirilib. Qərar isə ölkədə xaosa səbəb olub. Xaotik vəziyyət Qərbi Azərbaycan və Kürdüstan mahalında daha çox hiss olunur. Sözügedən bölgələrdə yaşayan insanlar deyirlər ki, sexlərdə çörək tapa bilmədikləri üçün bazara üz tuturlar, orada isə qiymət 5 dəfə bahadır. Belə ki 10 min tümənə olan çörəyi alverçilər 40- 50 minə tümənə satır. Bu isə əhalinin onsuz da ağır olan sosial durumunu daha da pisləşdirir.

 

Siyasi şərhçi Məhəmməd Rəhmanifər deyir ki, hazırda İranda 2 növ çörək satılır: “Bunlardan biri azad çörək adlanır. Bu növün qiyməti dünya bazarına uyğun tənzimlənir, yəni qlobal bazarlarda çörək neçəyə hasil olursa, İran əhalisinə də o qiymətə satılır. İkinci növ isə subsid verilən çörək adlanır. Əhalinin yoxsul hissəsi, yəni İran vətəndaşların çoxu bu növə üstünlük verir. Bu plana əsasən, hökumət unu daha ucuz qiymətə çörək sexlərinə verir, onlar da qaydaya uyğun olaraq ucuz qiymətə çörəyi hazırlayıb xalqa satmalıdır. Amma bu prosesdə oğurluq halları üzə çıxır. Buğdanı təmin edən yüksək vəzifəli şəxsən tutmuş çörəkçiyə qədər hər kəs öz gəlirini düşünür. Onlar çalışırlar ki, subsid verilən çörəyi azad bazarda satıb daha çox mənfəət əldə etsinlər”.

 

İnsanlar çörək qıtlığına un və buğda çatışmazlığının səbəb olduğuna inanmırlar. Əhali düşünür ki, bu, hakimiyyət qüvvələrinin   əvvəlcədən planlaşdırılmış məsələsidir və qıtlıq digər sosial problemlər kimi qəsdən yaradılıb. Molla rejimi süni yolla yaratdığı ərzaq çatışmazlığından təzyiq vasitəsi kimi istifadə edir. Bununla da cənub qonşumuz əhalini çətin vəziyyətdə yaşamağa məcbur edərək bildirir ki rejim olmasa, ölkədə aclıq başlayar və stabillik olmaz.

 

İran rəsmiləri bu iddiaları qəbul etməsə də, ölkədə vəziyyətin daha da acınacaqlı hal alacağı proqnozlaşdırılır. Belə ki, ekspertlər taxıl biçini qurtarandan sonra qiymətin qalxması ilə vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Sözsüz ki, əgər rejim bazarlara müdaxilə edə bilməsə, bahalaşma və qıtlıq səbəbindən nümayişlər başlayacaq, etiraz dalğası ölkənin bütün əyalətlərinə yayılacaq. Yəni yaxın dövrdə İranda kütləvi etiraz aksiyaları, qarətlər, polislə xalq durmasının yaşanması da istisna edilmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər