00:00:00
Yazar
Admin User
29.08.2025 15:12 81 1 dəq oxuma
Dünya

“İranı tərk edin”

“İranı tərk edin”

Almaniya, İngiltərə və Fransa ilə birlikdə İrana qarşı sanksiya tətbiq etmək qərarının ardından vətəndaşlarına bu ölkəni tərk etmələri üçün çağırış edib.


Almaniya Xarici İşlər Nazirliyi İrana səfərlə bağlı xəbərdarlıq yayımlayıb. Açıqlamada, “Alman vətəndaşları İranı tərk etməlidir” deyilib.


Qeyd olunub ki, Almaniyanın Tehrandakı səfirliyi hazırda yalnız məhdud konsulluq xidməti göstərə bilir.


E3 ölkələrinin sanksiya qərarı
Almaniya, İngiltərə və Fransadan ibarət E3 ölkələri, İrana qarşı BMT sanksiyalarını yenidən qüvvəyə sala biləcək “snapback” mexanizmini işə salmaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət ediblər.


Bu qərar, İranın nüvə proqramı ilə bağlı pozuntuları əsas gətirilərək qəbul olunub.


Haber Global
Nigar Xəlilli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər