İranın 90%-lik neft qapısı: Xarq adası uğrunda mübarizə başlayır
Yaxın Şərqdə gərginlik yenidən yüksəlir. Ötən günlərdə ABŞ qüvvələri İranın strateji neft mərkəzlərindən biri olan Xarq adasında hərbi obyektlərə zərbələr endirib. Fars körfəzində, materik sahillərindən təxminən 30 kilometr aralıda yerləşən və İranın neft ixracının təxminən 90%-nin həyata keçirildiyi Xarq adası həm iqtisadi, həm də hərbi baxımdan ölkə üçün kritik əhəmiyyət daşıyır. ABŞ Prezidenti bildirib ki, əməliyyat zamanı neft infrastrukturu toxunulmayıb, lakin Hörmüz boğazında gəmilərin təhlükəsizliyinə dair gərginlik regionda geosiyasi və enerji təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirir.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli “İnformator.az”a bildirib ki, ABŞ-nin əsas məqsədi Xarq adasını nəzarət altına almaqdır:
“Böyük plan odur ki, həmin adanı ələ keçirilsin və ələ keçirdiyi ada imkan verəcək ki, İran logistikasına nəzarət ABŞ-də olsun. Əvvəldən də çalışdıqları bu idi və resursları tükəndirmə əməliyyatlarının məntiqi sonu ona doğru gedir. Yəqin ki, 10-15 gün ərzində prosesi yekunlaşdırmaq mümkün olacaq".
Mehriban Yariyeva