00:00:00
Yazar
Admin User
20.08.2025 16:00 89 1 dəq oxuma
Dünya

İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik

İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik

İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra “üstün xüsusiyyətlərə” malik yeni raketlər istehsal etdiklərini açıqlayıb.

 

Tasnim Xəbər Agentliyinin məlumatına görə, Nəsirzadə “Müdafiə Sənayesi Günü”ndə çıxışında ölkəsinin yeni silah texnologiyaları haqqında məlumat verib.Nəsirzadə, "12 günlük müharibədə istifadə edilən raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyinin istehsal etdiyi raketlər idi.İranlı nazir qeyd edib ki, İsrail yenidən hücuma keçərsə, yeni raketlərdən istifadə edəcəklər.


İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb. İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir neçə yüksək rütbəli komandir və 9 nüvə alimi hücumlarda həlak olub.İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə hücum edib.


ABŞ-nin hücumuna cavab olaraq İran iyunun 23-də Qətərdəki ABŞ-ə məxsus Əl-Udeyd aviabazasına hücum edib.ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər