“İranın nüvə proqramı region üçün təhlükədir”-ŞƏRH
“ABŞ Prezidenti Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsası yoxdur”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İranın əksər rəsmiləri kimi Məsud Pezeşkianın da çıxışları reallıqla səsləşmir:
“İranın nüvə hüquqlarından məhrum edilməsi üçün onlarla səbəb var. Azərbaycanı dəfələrlə təhdid etməsi kifayətdir ki, nüvə silahından məhrum edilsin. Düşünürəm ki,hər nə qədər İranla qonşuluq münasibəti olsada,belə bir ölkənin nüvə silahına sahib olması region üçün təhlükə yarada bilər. Burada bir millətin hüququnun məhdudlaşdırılması deyil, ”davakar” dövlət siyasətinin cilovlanmasından danışmaq mümkündür. İranın nüvə imkanlarının məhdudlaşdırılması müsbət nümunə yaradaraq aqressiv dövlətlərin nüvə silahından məhrum edilməsinə gətirib çıxaracaq. İranın nüvə proqramını reallaşdırılması Yaxın Şərqdə güc balansını təhlükəli istiqamətə çevirə bilər”.
Nuray Əliyeva